Federasiya prezidenti Türkiyəli həmkarı ilə görüşdü

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Türkiyənin paytaxtı Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə görüşüb.

Fubolpress.az xəbər verir ki, bu barədə AAF-nin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı federasiyalar arasında münasibətlərin sıxlaşdırılması və daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin digər məsələlər müzakirə edilib.