“Fakel”in rəsmisi Pusinin keçidini şərh edib

Rusiyanın “Fakel” klubu albaniyalı forvard Belajdi Pusi ilə müqavilə imzalamağa qərar verməsinin səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Şamaxı”dan ayrılan Pusi ötən təqvim həftəsində Rusiyada transfer pəncərəsinin sonuna yaxın Voronej təmsilçisinə qoşulub. Klubun baş direktoru Roman Asxabadze onun keçidini belə şərh edib:

“Aqressiv oyunçu, onun fərqləndirici xüsusiyyəti intensivlikdir. Biz xaraktercə komandaya bənzəyən futbolçu götürmək istəyirdik”.

Xatırladaq ki, Belajdi Azərbaycanda “Turan Tovuz” və “Şamaxı” klublarında çıxış edib.