Fabreqas: “Yuventus” topu saxlayaraq bizi məhv etdi”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının I turunda “Yuventus”a məğlubiyyəti şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çox şey danışmaq istəmirəm. Oyuna yenidən baxmalıyıq. Ötən mövsüm I turda “Palermo”ya bu hesabla uduzmuşduq, ancaq sonra daha yaxşı olub, nəticələr qazandıq. “Yuventus” topu saxlayaraq bizi məhv etdi. Bu anlarda hər şey nəzarətimizdən çıxdı”.