“Lion”un futbolçusu Nemanya Matiç karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Komo” serbiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Komo”nun baş məşqçisi Sesk Fabreqas rəhbərlikdən Matiçin transferini istəyib.
Matiç və Fabreqas daha öncə “Çelsi”də birlikdə oynayıb.
36 yaşlı futbolçu bu mövsüm 18 oyunda meydana çıxıb.