Fabreqas Dele Alliyə kömək etmək istəyir

“Komo”nun baş məşqçisi Sesk Fabreqas komanda ilə məşqlərə başlayan Dele Alli haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İtaliya mətbuatına açıqlamasında bunları deyib:

“Alli məşqlərdə yaxşı iştirak edir. O, möhtəşəm oyunçudur. Alliyə kömək edə bilsək, xoşbəxt olarıq”.

Allinin son ünvanı “Everton” olub. O, bundan başqa “Beşiktaş” və “Tottenhem”də forma geyinib. Dele 2024-cü ilin yayından klubsuzdur.