Gənclər və idman naziri Fərid Qayıbov Şuşada keçirilən “Vüqar Həşimov Memorialı”nda jurnalistlərə açıqlama verdi.
Futbolpress.az xəbər verir ki, nazir turnirin faydalarından söz açdı:
– Yarışlar daha əvvəl Azərbaycanın müxtəlif şəhərlərində keçirilirdi. Bu dəfə Şuşadayıq. Vüqar Həşimovun ailəsinə təşəkkür edirəm ki, hər dəfə belə yarışlar təşkil edirlər. Eyni zamanda Azərbaycan Şahmat Federasiyasına da təşəkkür edirəm. Artıq ikinci dəfədir ki, Şuşada yarış təşkil edirik. İki il əvvəl sentyabrda “Shusha Chess” beynəxalq turniri təşkil edildi və burda da müxtəlif ölkələrdən şahmatçılar mübarizə aparırdı. Düşünürəm ki, belə yarışlar hər il olmalıdır. Bunun üçün biz də öz dəstəyimizi göstərəcəyik. Bu, şahmatın təbliğatı baxımından faydalıdır və şahmatçılarımız ildən-ilə nəticələrini yaxşılaşdırır.
– Yarış növbəti il harda təşkil olunacaq?
– Bu sualı təşkilatçılara versəniz yaxşı olar. Biz hər cür dəstəyi göstərməyə hazırıq.
Şahin Cəfərov