Fərid Qayıbov: “İnanıram ki, dünya çempionatında uğur əldə edəcəyik”

2025-ci ildə minifutbol üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə “BAKI-2025″in təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən Gənclər və İdman Naziri Fərid Qayıbov fikirlərini bölüşüb:

“Dövlətimiz mötəbər yarışların keçirməsi üçün daim dəstək olur. Minifutbolda biz Avropa çempionu olduq, cüdoda Hidayət Heydərov dünya çempionu oldu. İdman Dövlətimizin əsas siyasət xətlərindən biridir. Minifutbol Federasiyası aktivlik göstərir. Milli və komada səviyyəsində uğurlarımızı olur. Yerli turnirlərimiz də olur. İnanıram ki, növbəti il keçirən dünya çempionatında da uğur əldə edəcəyik”.

Məlik Məlikov