“Fənərbağça”nın seriyasını “Qalatasaray” pozdu

“Fənərbağça” Türkiyə Super Liqasının IV turunda “Qalatasaray”a uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, bununla da “bülbüllər”in ev oyunlarındakı 32 matçlıq məğlubiyyətsizlik seriyası başa çatıb.

“Qalatasaray” 6 turdan sonra 18 xalla Super Liqada liderdir. “Fənərbağça” isə 13 xalla ikinci pillədə qərarlaşıb.