Türkiyə yığmasının və “Fənərbağça”nın sabiq basketbolçusu Asım Pars vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 48 yaşlı keçmiş basketbolçu evində ölü tapılıb.
Bosniya əsilli sabiq oyunçu Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Efes Pilsen”, “Pınar Karşıyaka” və “Türk Telekom” kimi klubların şərəfini qoruyub.