“Fənərbağça”nın futbolçusu rəsmən “Brayton”da

“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Fənərbağça”dan Ferdi Kadıoğlunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

“Fənərbağça” Ferdinin satışından 30 milyon avro qazanacaq.