“Fənərbağça”nın futbolçusu millidə zədələndi

“Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Sebastian Şimanski zədələnib.

Polşa yığmasının Portuqaliya ilə oyunöncəsi məşqində xəsarət alan yarımmüdafiəçinin durumu tibbi müayinədən sonra bilinəcək.

Polşa Portuqaliyaya 1:5 hesabıyla uduzub.