“Fənərbağça”nın futbolçusu İtaliya klubuna keçə bilər

“Fənərbağça”nın futbolçusu Cengiz Ünder karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Frozinone” 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Cengiz daha əvvəl 2017-2020-ci illərdə bu ölkədə “Roma”nın formasını geyinib.

Türkiyəli futbolçu bu mövsüm 31 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.