“Fənərbağça”nın futbolçusu ərəblərlə razılaşdı

“Fənərbağça”nın futbolçusu Rade Kruniç kayerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi “Əl Vehda” ilə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin keçidinin yaxın zamanda tamamlanacağı gözlənilir.

Kruniç bu mövsüm “Fənərbağça”da 4 oyunda meydana çıxıb.