“Fənərbağça”lı “Qarabağ”ın rəqibinə “yox” dedi

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) “Fənərbağça”nın futbolçusu Rayan Kentə “elçi düşüb”.

Futbolpress.az xəbər verir ki, Xorvatiya təmsilçisi oyunçuya rəsmi təklifini bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kent “Fənərbağça”dan ayrılmaq istəmir və “Dinamo”ya “yox” deyib.

İngiltərəli cinah oyunçusu “Fənərbağça”da 19 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Dinamo” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı 3:0 hesabıyla məğlub edib. Cavab görüşü avqustun 28-də Bakıda olacaq.