“Fənərbağça” basketbol klubu Türkiyə yığmasına oyunçu göndərməyəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə yığmasını Ergün Ataman çalışdırır. Mütəxəssis eyni zamanda Yunanıstanın “Panatinaikos” klubuna da rəhbərlik edir. O, ötən həftə yoxlama oyununda tribunalara “3:1” işarəsi göstərərək, “Qalatasaray” – “Fənərbağça” derbisinə eyham vurub. “Fənərbağça” rəhbərliyi bu davranışdan narazı qalıb və mütəxəssisin millidə işləyəcəyi müddətdə yığmaya oyunçu göndərməyəcəyini bildirib.
Ergün Ataman məsələ ilə bağlı “Fənərbağça” camiəsindən üzr istəyib.