“Fənərbağça”dan ayrılan futbolçuya 2 “elçi”

“Fənərbağça”dan ayrılan Rayan Kent iki klubun diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, ingilis futbolçu ilə Şotlandiyanın “Reyncers” və İngiltərənin “Lids” klubu maraqlanır. Bu barədə “Scottish Sun” nəşri məlumat yayıb.

Kent daha əvvəl 2019-2023-cü illərdə “Reyncers”də forma geyinib. O, 2023-cü ilin yayında bu klubdan “Fənərbağça”ya transfer edilmişdi.

Kent Türkiyə təmsilçisində 19 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.