“Fənərbağça”da ciddi itki – 3 oyunu buraxacaq

“Fənərbağça” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İrfan Can Kahveci sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqanın XI turunun “Trabzonspor”la oyununda zədə alan yarımmüdafiəçi azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

İrfan Avropa Liqasında “Alkmaar”, Super Liqada isə “Sivasspor” və “Kayserispor”la oyunları buraxacaq.

29 yaşlı futbolçu bu mövsüm 15 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.