“Fənərbağça” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. Türkiyəli oyunçu Super Liqanın XII turunda “Sivasspor”la matçın birinci hissəsində zədələnərək meydanı tərk edib.
Çağların son durumu tibbi müayinədən sonra bilinəcək.
“Fənərbağça” “Sivasspor”u 4:0 hesabıyla məğlub edib.