“Fənərbağça”da baş məşqçi müəmması – üç namizəd var

“Fənərbağça”da baş məşqçi İsmail Kartalla yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisində bu posta üç namizəd var. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Klubda iyunun 9-da prezident seçkiləri olacaq və namizədlər baş məşqçi variantlarını irəli sürüblər.

Belə ki, Aziz Yıldırımın namizədi Joze Mourinyodur. Funksioner mütəxəssislə razılaşdığını açıqlayıb. Digər namizəd və hazırkı prezident Ali Koç isə Luçano Spaletti və Vinçenso Montella variantlarını nəzərdən keçirir. Koç yaxın günlərdə yeni baş məşqçini açıqlayacaqlarını da bildirib.

“Fənərbağça” Super Liqada mövsümü 99 xalla ikinci sırada bitirib.