“Fənərbağça”da ayrılıq – rəsmi

“Fənərbağça” futbolçusu Samet Akaydın ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Sametin yeni klubu da məlumdur. O, “Rizespor”la müqavilə imzalayıb.

Müdafiəçi Türkiyə yığmasının da üzvüdür.