“Fənərbağça” futbolçusu Luan Peres ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin sözləşməsinə xitam verilib. Klub bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.
Luan 2022-ci ilin yayında 5 milyon avro qarşılığında “Marsel”dən “Fənərbağça”ya keçib. O, Super Liqada 11 oyunda meydana çıxıb.