“Fənərbağça” futbolçusu Migel Krespo ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Krespo 2021-ci ilin sentyabrından “Fənərbağça”da forma geyinirdi. O, Super Liqada 56 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.