Baş məşqçi postuna Joze Mourinyonu gətirən “Fənərbağça” yeni mövsüm üçün iddialı heyət qurmaq istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi bunun üçün 60 milyon avroluq transfer büdcəsi ayıracaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Fənərbağça” yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək. O, yarışa üçüncü təsnifat mərhələsindən başlayacaq.
Komanda Super Liqada mövsümü ikinci sırada bitirib. “Fənərbağça” 2014-cü ildən çempion ola bilmir.