“Milan”ın baş məşqçisi Stefano Pioli klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi mütəxəssislə yollarını ayırmağa hazırlaşır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Pioli ilə Türkiyənin “Fənərbağça” klubu maraqlanır. İstanbul təmsilçisi yaxın zamanda mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.
“Milan” Piolinin rəhbərliyi altında 2021/2022 mövsümündə A Seriyasını qazanıb. Komanda bu mövsümdə isə 37 turdan sonra 74 xalla 2-ci sıradadır.