“Fənərbağça” futbolçusu Ferdi Kadıoğlunun müqaviləsini yeniləmək istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə klublarının yaxından maraqlandığı cinah oyunçusunu komandada saxlamaq qərarına gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbağça” Fərdinin müqaviləsini yeniləyib, onun maaşını artırmağı düşünür.
Daha əvvəl “Brayton”un türk futbolçu üçün 35 milyon avro təklif etdiyi bildirilib. Bu, Türkiyə klubları üçün rekord məbləğdir. “Fənərbağça” rekord təklifə baxmayaraq, oyunçunu komandada saxlamaq istəyir.
Fərdi ötən mövsüm 51 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.