PSJ-nin futbolçusu Milan Şkrinyar karyerasını “Fənərbağça”da davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. “Bülbüllər” slovakiyalı müdafiəçinin İstanbula gələcəyini və tibbi müayinədən keçəcəyini açıqlayıb.
Şkrinyarın adı daha əvvəl “Qalatasaray”la hallanırdı.