“Fənərbağça” – “Qalatasaray” oyununun vaxtı bilindi

Türkiyə Superliqasının VI turunda keçiriləcək “Fənərbağça” – “Qalatasaray” matçının vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sentyabrın 21-də oynanılacaq matça saat 20:00-da start veriləcək.

“Fənərbağça” Super Liqada 4 turdan sonra 10 xalla liderdir. Ehtiyatda bir oyunu olan “Qalatasaray” isə 9 xalla ikinci pillədə qərarlaşıb.