“Fənərbağça” polşalı futbolçu ilə maraqlanır

“Fənərbağça” polşalı futbolçu Kasper Urbanski ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Bolonya”da çıxış edən 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

“Fənərbağça” yaxın zamanda Kasper üçün danışıqlara başlamağı planlaşdırır.

19 yaşlı yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 7 milyon avrodur. O, bu mövsüm A Seriyasında bir oyuna çıxıb.