“Fənərbağça” futbolçusu İrfan Can Kahvecinin müqaviləsini uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu yaxın zamanda 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.
İrfanın müqaviləsi 2025-ci ilin yayına kimidir. O, ötən mövsümdə 46 oyunda 18 qol vurub, 12 məhsuldar ötürmə edib.