“Fənərbağça” onunla danışıqlara başladığını açıqladı

“Fənərbağça” “Sevilya”nın hücumçusu Yussuf En Nesri ilə danışıqlara başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli forvard tibbi müayinədən keçmək üçün İstanbula gələcək və daha sonra rəsmi müqavilə imzalayacaq.

En Nesri ötən mövsümdə La Liqada 33 oyunda 16 qol vurub.