“Fənərbağça” onun üçün 40 milyon avro istəyir

“Fənərbağça” adı İngiltərə klubları ilə hallanan futbolçusu Ferdi Kadıoğlunun transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusunu transfer etmək istəyən klubları 40 milyon avro ödəməlidir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ferdinin adı “Mançester Yunayted” və “Brayton”la hallanır.

Ferdi 2018-ci ildən “Fənərbağça”da çıxış edir. O, 140 oyunda 11 qol vurub.