“Fənərbağça” onun transfer hüquqlarını aldı

“Fənərbağça” bu ilin yanvarında icarə əsasında heyətinə qatdığı Rade Kruniçin transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi üçün “Milan”a 3,5 milyon avro ödəyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

Kruniç “Fənərbağça”da 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.