“Fənərbağça” futbolçusu Sərdar Azizlə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi baş məşqçi Joze Mourinyo ilə görüşüb və bundan sonra düşərgəni tərk edib.
Sərdar 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi. O, “sarı-lacivərdlilər”də 135 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.