“Fənərbağça” MS-in futbolçusu ilə maraqlanır

“Fənərbağça” “Mançester Siti”nin futbolçusu Kalvin Fillips ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu futbolçunun transfer dəyərini araşdırdıqdan sonra təklif edib-etməyəcəyinə qərar verəcək.

Fillipsin “şəhərlilər”dən ayrılması gözlənilir. Onunla daha bir neçə İngiltərə klubu yaxından maraqlanır.