“Fənərbağça” məşhur məşqçi ilə anlaşdı

Joze Mourinyo “Fənərbağça”nın baş məşqçisi təyin olunacaq.

Futbolpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi təyinatı bu gün açıqlaya bilər.

Qeyd olunub ki, mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Mourinyonun son iş yeri bu ilin yanvarında tərk etdiyi “Roma” olub. O, əvvəllər “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Porto” və “Benfika” kimi klubları çalışdırıb.