“Fənərbağça” Joze Mourinyonu komandaya baş məşqçi təyin etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, baş məşqçi postuna namizədlər arasında ilk sırada Mourinyonun adı qeyd olunub.
İsmayıl Kartal mövsümün sonunda klubu tərk edə bilər. İstanbul təmsilçisi hazırda 90 xalla ikincidir. Onlar lider “Qalatasaray”dan 6 xal geri qalırlar.
Mourinyonun son iş yeri isə yanvarda ayrıldığı “Roma” olub.