“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Sevilya”dan Yussuf En Nesrini transfer edib. Bu barədə “TRT Spor” məlumat yayıb.
“Fənərbağça” mərakeşli hücumçu üçün 18+7 milyon avro ödəyəcək. 27 yaşlı futbolçu bu həftə İstanbula gələrək tibbi müayinədən keçəcək.
En Nesri ötən mövsümdə La Liqada 33 oyunda 16 qol vurub.