“Fənərbağça” futbolçusu Joao Pedro ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
32 yaşlı futbolçu 2022-ci ilin yayında “Kalyari”dən “Fənərbağça”ya keçib. O, Super Liqada 20 oyunda 4 qol vurub.