“Fənərbağça” hücumçusunu göndərdi

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbağça”dan Sərdar Dursunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Sərdar ötən mövsümdə “Fənərbağça”da 35 oyunda 9 qol vurub.