“Fənərbağça”nın futbolçusu Rade Kruniç karyerasını Serbiyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi “Srvena Zvezda”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçunun keçidinin detalları açıqlanmayıb.
Kruniç 2024-cü ilin yanvarından “Fənərbağça”da çıxış edirdi. O, Super Liqada bu mövsüm 1 oyunda meydana çıxıb.