“Arsenal”ın yarımmüdafiəçisi Tomas Partey karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az “FootballTransfers”ə istinadən xəbər verir ki, qanalının xidmətində “Fənərbağça” maraqlıdır.
Qeyd olunub ki, Partey London klubunda yüksək maaş aldığından “topçular” bu keçidə qarşı deyil. 30 yaşlı futbolçu 2020-ci ildən Premyer Liqa klubunda çıxış edir. Onun “Arsenal”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Qanalı futbolçu bu mövsüm 15 matçda iştirak edib və fərqlənə bilməyib.