“Fənərbağça” Amrabat arzusuna çatdı

“Fənərbağça” “Fiorentina”nın futbolçusu Sofyan Amrabatı heyətinə qatıb.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli yarımmüdafiəçini satınalma hüququ ilə birlikdə icarəyə götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Amrabat keçidini tamamlamaq üçün İstanbula yola düşüb.

Sofyan ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib. Yenidən “Fiorentina”ya qayıdan yarımmüdafiəçi 3 oyunda meydana çıxıb.