“Fənərbağça” 25 milyonluq futbolçu ilə maraqlanır

“Lans”ın futbolçusu Kevin Danzo karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubu 26 yaşlı futbolçunun transferini qış fasiləsində tamamlamaq istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Danzo bu mövsüm 12 oyuna çıxıb. Onun “Transfermarkt”da dəyəri 25 milyon avrodur.