Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Autsayder “Səbail” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edəcək. Matça saat 17:00-da start veriləcək.
Komandalar bu mövsüm üç dəfə üz-üzə gəlib. Son iki görüş bərabərliklə başa çatıb (hər ikisi 1:1), bir matç isə tovuzluların qələbəsiylə yekunlaşıb. “Turan Tovuz” mövsümün birinci dövrəsində azarkeşləri önündə “dənizçilər”in müqavimətini qırıb – 1:0.
“Səbail” sona 6 tur qalmış 19 xalla sonuncu sıradadır. Bayıl klubu son 5 turda 3 dəfə məğlub olub, 2 heç-heçə edib. 9-cu sıradakı “Kəpəz”dən 5 xal geri qalan “Səbail” üçün artıq kritik dönəm başlayıb. İtiriləcək hər xal komandaya Premyer Liqada qalmaq mübarizəsində zərbə olacaq.
“Turan Tovuz” isə avrokubok yarışındadır. 3-cü pillədəki “Araz-Naxçıvan”dan 5 xal geri olan tovuzluların şansları davam edir. “Turan Tovuz” isə son 5 oyunda qələbə qazanmayıb – 4 heç-heçə, 1 məğlubiyyət.
Son turlarda qələbəni udan komandaların Bayıl duelində qazanan tərəf uğursuz seriyasını sonlandıracaq, eyni zamanda hədəfləri yolunda irəli addım atmış olacaq.
Şahin Cəfərov