İyunun 27-də gənclər və idman naziri Fərid Qayıbov Çadın gənclər və idman naziri Abakar Cermah Aumini qəbul edib.
Futbolpress.az xəbər verir ki, həmkarını salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Çadın Gənclər və İdman Nazirliyinin rəsmisi Medi Kizzi Teyl də iştirak ediblər.