“Fənərbağça”nın futbolçusu millidən kənarlaşdırıldı

İyunun 4-də İtaliya, 10-da isə Polşa ilə yoldaşlıq oyunları keçirəcək Türkiyə yığması itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Çağlar Söyüncü zədə səbəbindən toplanışı tərk edib.

“Fənərbağça”da çıxış edən oyunçu bərpa prosesinə tez başlamaq və Avro-2024 üçün hazır olmaq üçün millinin düşərgəsindən ayrılıb.

Türkiyə yığması Avro-2024-də Gürcüstan, Portuqaliya və Çexiya ilə bir qrupda mübarizə aparacaq.