“Fənərbağça”nın və Türkiyə millisinin futbolçusu Cengiz Ünder karyerasını “Los Anceles”də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə cinah oyunçusunun icarə əsasında ABŞ klubuna keçəcəyi bildirilib.
MLS klubu istəsə, 25 milyon dollar qarşılığında Cengizin transfer hüquqlarını ala bilər.
Ünder bu mövsüm “Fənərbağça” ilə Super Liqada 3 oyuna çıxıb.