“Fənərbağça”nı məğlub edən “Qalatasaray” yarımfinala yüksəldi

Türkiyə Kubokunun 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Trabzonspor” əlavə vaxta uzanan matçda “Bodrumspor”u məğlub edərək mərhələ adlayıb. Kubokun digər matçında isə “Qalatasaray” “Fənərbağça”nı məğlub etməklə, adını yarımfinala yazdırıb.

Türkiyə Kuboku

1/4 Final

2 aprel

Trabzonspor – Bodrumspor 3:2

Qollar: S.Banza, 3, M.Eskihellaç, 22, O.Zubkov, 98 – T.Seferi, 15, E.Bardi, 20

Fənərbağça – Qalatasaray 1:2

Qollar: S.Şimanski, 45+2 – V.Osimhen, 10, 27 (pen.)