Bu gün Türkiyə Super Liqasında XXXV turun növbəti oyunları baş tutub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Fənərbağça” səfərdə “Başakşəhər”ə qalib gəlib. “Alanyaspor” isə “Qaziantep”dən üstün olub.
Lider “Qalatasaray” “Trabzonspor”a qalib gəlib. “Cim-bom” növbəti turlarda bir xal qazansa, çempionluğunu rəsmiləşdirəcək.
Turun son matçında “Kayserispor” “Antalyaspor”u məğlub edib.
Türkiyə Super Liqası
XXXV tur
9 may
Başakşəhər – Fənərbağça 1:4
Qollar: Ö.Beyaz, 90+1 – M.Müldür, 44, M.Şkrinyar, 60, Y.En Nesiri, 86, O.Aydın, 90+3
Qaziantep – Alanyaspor 0:1
Qol: A.Sporar, 52
10 may
Eyüpspor – Kasımpaşa 0:3
Qollar: Da Kosta, 38; 64. C.Keleş, 90+1.
Konyaspor – Rizəspor 2:1
Qollar: U.Nayir, 47; 77 – Vareşanoviç, 71.
Trabzonspor – Qalatasaray 0:2
Qollar: A.Bardakçı, 66. Morata, 84.
11 may
Sivasspor – Bodrumspor 0:0
Beşiktaş – Adana Demirspor 4:1
Qollar: R.Silva, 29, M.Raşitsa, 44, C.İmmobile, 62, J.Mario, 83 – A.Kurtulan, 45+8
Göztepe – Hatayspor 1:1
Qollar: K.Kanatsızkuş, 19 – B.Butobba, 27
12 may
Kayserispor – Antalyaspor 3:1
Qollar: M.Kardoso, 12, 29, 63 (pen.) – T.Kelvin, 26