“Fənərbağça” yeni mövsüm üçün ilk transferini etdi

“Karagümrük”ün futbolçusu Levent Mercan karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı müdafiəçinin transferi üçün klubu ilə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbağça” sol cinah oyunçusu üçün 2 milyon avro ödəyəcək.

Levent bu mövsüm 32 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.